Rusiyada 6 il axtarışda olan həmyerlimiz yaxalandı

Rusiya Daxili İşlər Nazirliyinin Mineralvods rayonu üzrə İdarəsi 2007-ci ildən axtarışda olan azərbaycanlını Stavropolda saxlayıb. Həmin şəxs 6 ildən çoxdur ki, ədalət məhkəməsindən gizlənib.

APA TV-nin xəbərinə görə, 2007-ci ilin sentyabrında həmin şəxs münaqişədə olduğu şəxsə bıçaq xəsarətləri yetirərək ağır yaralayıb. Sağlamlığa ziyan vermək maddəsi ilə cinayət işi başlanılıb, cinayətkara qarşı isə federal axtarış elan edilib.

 

Hazırda həmin şəxs yerli polis bölməsinə aparılıb, onla bağlı hansı tədbirin görüləcəyi burada müəyyənləşdiriləcək.

 

 

Müəllif | Apa.Tv