Arvadını döyüb öldürən ər: "Gördüm evdə heç nə hazır deyil"
Bakıda kişi həyat yoldaşını döyərək qətlə yetirib. Binəqədi Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisə Çiçək qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Əbülfəz Hilal oğlu Məmmədov axşam saatlarında evə gələn zaman həyat yoldaşının onunla konülsüz salamlaşdığının şahidi olub. Evin dağınıq olması onu daha da əsəbiləşdirib. Bunun üstündə aralarında mübahisə düşüb.
Əbülfəz Məmmədov ifadəsində bunları deyib: "Gördüm evdə heç nə hazır deyil, mən də vurdum".
Dediyinə görə, həyat yoldaşı 1986-cı il təvəllüdlü Günel Aslan qızı Məmmədovanın onu təhqir etməsi onu bir azda qıcıqlandırıb. Bu vaxt onun başını divara vurub. Yerə yıxılan qadın huşunu itirib.
Sonra özü təcili tibbi yardıma zəng edərək həkim briqadasını çağırıb. Qadın xəstəxanaya çatdırılarkən yolda ölüb. Saxlanılan Əbülfəz Məmmədov həyat yoldaşının öldüyündən hələlik xəbərsizdir. Faktla bağlı rayan prokurorluğunda cımnayət işi açılıb araşdırma aparılır.