Marixuana satarkən yaxalandı
Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz satışı və qəbulu ilə məşğul olmaqda təqsirləndirilən şəxs saxlanılıb. APA TV-yə verilən məlumata görə, Xaçmaz rayonu, Müqtədir qəsəbə sakini 1988-ci il təvəllüdlü Siracov Elmar Nəcməddin oğlu qurudulmuş marixuananı satarkən polis əməkdaşlarına yaxalanıb. Onun üzərinə baxış keçirilərkən şəxsi istehlak miqdarından artıq qurudulmuş marixuana aşkarlanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.