Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin sayı açıqlandı

Azərbaycanda 615516 nəfər ailə üzvünü əhatə edən 140711 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA TV-yə verilən məlumata görə, onlardan 39852-i tərkibində 3 və daha çox uşağı olan ailələrdir.

 

Ünvanlı yardım alan ailələrdə 1 yaşadək uşaqların sayı 8433 nəfər, 18 yaşadək ailə üzvlərinin sayı 296185 nəfər, sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 10279 nəfər, 18 yaşından yuxarı əlil ailə üzvlərinin sayı isə 20253 nəfərdir.

 

Ödənilən ünvanlı yardımın orta aylıq məbləği hər ailə üçün 126,88 manat,  hər ailə üzvü üçün 29,01 manat təşkil edir.

 

Ünvanlı yardımın hesablanması üçün ehtiyac meyarının məbləği 2006-ci ildəki 30 manatla müqayisədə ötən müddətdə 3,3 dəfə artırılaraq cari ilin əvvəlindən 100 manata çatdırılıb.

 

Müəllif | Apa.Tv