Soçi olimpiadasının xərci - FANTASTİK RƏQƏMLƏR


Soçidə keçiriləcək olimpiya və paralimpiya oyunları üçün çəkilən ümumi  xərclər 214 milyard rubl olub. Bu barədə Rusiyanın baş nazirinin müavini Dmitri Kozak Nazirlər Kabinetinin iclasında deyib. Bu isə təxminən 6,5 milyard dollar deməkdir. Onun sözlərinə görə, 99 milyard rubl büdcə xərcləri, 114 milyard rubl isə olimpiada hazırlığı üçün cəlb edilən investisiyadır. O xərclər zamanı sui-istifadə faktlarına rast gəlinmədiyini bildirib.

 

APA TV xəbər verir ki, oyunlara hazırlıq zamanı Beynəlxalq Olimpiya Komitəsinin üzvü Jan-Franko-Kaspar olimpiada üçün xərclənən vəsaitin 3-də 1-nin oğurlandığını bildirmişdi. O, bu rəqəmin 13 milyard avro olduğunu deyərək, bunu Rusiyada yüksək səviyyədə korrupsiya hallarının olması ilə əlaqələndirmişdi. Qeyd edək ki, fevralın 7-də "Fişt" mərkəzi stadionunda Soçi Olimpiadasının rəsmi açılışı olacaq. 

 

Müəllif | Apa.Tv
Apa.tv