Rafiq Hüseynov: "Səsim tam düzəlməyib"

“Müalicəm davam edir. Səhhətim yavaş-yavaş qaydasına düşür, get-gedə özümü lap yaxşı hiss edirəm".

 

Bunu APA TV-yə yeni əməliyyat olunan məşhur diktor, xalq artisti Rafiq Hüseynov deyib: "Hələ ki müalicəm gedir. Yaxın günlərdə yenidən kimyaterapiya olunacam. Düzdür, səsim hələ tam düzəlməyib. Dərmanlarımı qəbul edirəm. Onu deyə bilərəm ki, ağır xəstəlikdir".

 

Rafiq Hüseynov deyir ki, kimyaterapiyanın Bakıda, yoxsa Türkiyədə olacağöı barədə hələlik qərar verilmədiyini deyir. Xalq artisti bir zərərli vərdişini də tərgitdiyini deyir: "Bu il 50 il olacaq ki, siqaret çəkirdim. Bu əməliyyatdan sonra mən onu tərgitdim. Bir bu xeyir oldu ".

 

Ağciyər xərçəngindən əziyyət çəkən Rafiq Hüseynov dekabrın 10-da Türkiyədə əməliyyat olunub.

 

Müəllif | Apa.Tv