“KamAZ”In vurduğu piyadanın MEYİTİ TƏKƏRLƏRİN ALTINDAN ÇIXARILDI

Abşeronun Qobu qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub. Xilasedicilər olay yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, “KamAZ” markalı yük yol kənarında dayanan piyadanı vuraraq divara çırpılıb.

 

Xilasedicilər qəza nəticəsində avtomobilin təkərləri altında qalan vətəndaşın cəsədini xüsusi alət və avadanlıqlar vasitəsilə müvafiq qaydada çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv