“FINCA Azerbaijan”-nın əməkdaşları qəzaya düşdü: 1 ÖLÜ, 3 YARALI

Sabirabadda baş verən qəzada bir nəfər ölüb, 3 nəfər yaralanıb.

 

APA TV-nin xəbərinə görə, qəza Hacıqabul-Bəhrəmtəpə yolunun Şəhriyar kəndi ərazisində baş verib. Ağcabədi rayonunun Salmanbəyli kənd sakini, 1986-cı il təvəllüdlü Soltanov Ülfət Hüseyn oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil sərt döngədə idarəetməni itirərək yoldan çıxıb və aşıb. Nəticədə sürücü də daxil olmaqla avtomobildə olan sərnişinlər - Ağcabədi rayon Salmanbəyli kənd Mikayıllı Nahid Hüseyn oğlu və Sultanlı Zaur Ələddin oğlu yaralı vəziyyətdə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Digər sərnişin - 1988-ci il təvəllüdlü  Qurbanov Vasif  Etibar oğlu hadisə yerində aldığı xəsarətlərdən dünyasını dəyişib.

 

Qeyd edək ki, qəzaya uğrayan şəxslər “FINCA Azerbaijan”-nın Ağcəbədi filialının əməkdaşları olub.

 

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı