"VAZ 2106" "Mercedes"ə çırpıldı

Bakının Yasamal rayonunda sürücünün xəsarət alması ilə nəticələnən qəza baş verib. 10 SP  685 dövlət nömrə nişanlı, "VAZ 2106" markalı avtomobillə, 90 MZ 110 nömrəli "Mercedes Benz" toqquşub. APA TV-nin xəbərinə görə, hadisə rayonun Məhəmməd Xiyabani küçəsində baş verib. "VAZ 2106"ın sürücüsünün sözlərinə görə, qəzaya səbəb onun yoluna çıxan avtobus olub. Avtobusu vurmamaq  üçün manevr edən sürücü nəticədə "Mercedes Benzlə" toqquşub.

 

Hadisə nəticəsində "VAZ 2106"ın sürücüsü başından yüngül xəsarət alıb.

 

Faktla bağlı Yasamal Rayon Yol Polisi Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv