İki gün bağlı qapı arxasında qalana qadın yuxulu vəziyyətdə aşkarlandı

Bakıda bağlı qapı arxasında köməksiz qalan şəxs xilas edilib. Nizami rayonu, Rüstəm Rüstəmov 26 ünvanında yaşayanlar 5 mərtəbəli binanın üçüncü mərtəbəsində qalan Temella Konstantinovanın iki gündür, qapını açmamasından narahat olaraq Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə zəng vuraraq məlumat veriblər. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal hadisə yerinə yollanıblar. Xilasedicilər alpinist avadanlıqlarından istifadə edərək mənzilə bayırdan daxil olaraq Tamella Konstantinovanı yatmış vəziyyətdə aşkar ediblər. Onu müayinə edən Təcili Yardım Stansiyasının əməkdaşlarının APA TV-yə verdikləri məlumata görə,  Tamella Konstantinovanın səhhəti yaxşıdır.

 

Müəllif | Apa.Tv