Universitet tələbəsinin MÜƏMMALI İNTİHARI

Bakıda Azərbaycan Texniki Universitetin tələbəsi intihar edib. Nərimanov rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Ziya Bünyadov prospekti, ev-5-in qarşısındakı ağacdan asılı vəziyyətdə olan kişi meyiti tapılıb. Araşdırmalar nəticəsində özünü asan şəxsin  1995-ci il təvəllüdlü İmaməlizadə Etibar Nazim oğlu olması müəyyən edilib.

 

E.İmaməlizadə Azərbaycan Texniki Universitetinin ikinci kurs tələbəsi olub. Facebook sosial şəbəkəsində olduqca aktiv olan Etibar İmaməlizadə "Beyin analizi" səhifəsinin də admini imiş.

 

APA TV-nin xəbərinə görə, o, facebook profilində son olaraq “Sabah ya da birisi gün bəlkə getdim facebookdan. Özü də həmişəlik” deyə status yazıb. Dostları onun hara getdiyini soruşduqda, E.İmaməlizadə “xoşbəxt olmaq üçün” cavabını verib.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 

 

Müəllif | Apa.Tv