Lənkəranda SAHİBSİZ ATLAR PROBLEMİ

Lənkəran-Boradigah şose yolunun Separadi və Zövlə kəndlərindən keçən hissəsində başlı-başına buraxılmış sahibsiz atlar təhlükəyə çevrilib. Yerli sakinlərin verdikləri məlumata görə, atlar onlara məxsus əkin sahələrini, meyvə bağlarını dağıdıb məhv etməklə, xeyli ziyan vurur. Bundan əlavə, atlar günün istənilən vaxtında şose yoluna çıxaraq, nəqliyyat vasitələri üçün qəza şəraiti yaradır.

 

APA TV-nin xəbərinə görə,bir neçə gündür ki, ərazidəki sahibsiz atlar yırtıcıların hücumuna məruz qalıb. Analoji hadisə ötən gecə də qeydə alınıb. Yırtıcı heyvanlar sahibsiz atlardan birini parçalayıb.

 

Yerli sakinlər bunun canavar tərəfindən törədildiyini bildirsələr də, Lənkəran Rayon Baytarlıq İdarəsinin sahə baytar həkimi Cəbi Şirəliyev bu fikri birmənalı şəkildə təkzib edib.

 

Müəllif | Apa.Tv