Ali Radadakı davaya Qərbdən reaksiya

ABŞ və Avropa İttifaqının səfirləri Ukrayna parlamentindəki səsvermə proseduru ilə bağlı narahatlıqlarını ifadə ediblər. Yanvarın 16-da Ukrayna ali radası bir sıra qanunları əl qaldırmaq yolu ilə qəbul edib. Buna səbəb isə müxalifətin elektron səsvermə sistemini blok etməsi olub. Hakim partiya və səsverməni məhdudlaşdırmaq istəyən müxalifət arasındakı münaqişə zamanı Ali Radanın 2 deputatı xəsarət alıb.

"Bu gün bütün qanunlar reqlament normalarının pozulması, aldatma yolu ilə qəbul edilib və heç bir  qanuni qüvvəyə malik deyil. Əgər bu qanunlar Ali Radanın sədri və prezident tərəfindən təsdiqlənərsə, o zaman biz Ali Radaya və dövlət başçısına etimadsızlıqla bağlı referendum irəli sürəcəyik." -deyə müxalifət liderlərindən Vitali Kliçko bəyan edib.

APA TV-nin xəbərinə görə, müxalifətin fikrincə, qəbul edilən bütün qanunlar avrointeqrasiya prosesi ilə bağlı etiraz hərəkatlarının qarşısını almağa və dayandırmağa yönəlib. 

Müəllif | Apa.Tv