Azərbaycan 30 xarici QHT-yə maliyyə yardımı ayırıb

"Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 30 xarici QHT-yə maliyyə yardımı ayırıb".

 

APA TV-nin xəbərinə görə, Şuranın sədri Azay Quliyev qeyd edib ki, həmin QHT-lərə 5 istiqamətdə mövzü təqdim edilib: "Sevindirici haldır ki, dünyanın ən tanınan nüfuzlu beynəlxalq qurumlar bu müsabiqəyə qatıldılar. Müəyyən səbəblərə görə hu müsabiqə haqqında çox detallı məlumatlar verə bilmirik. Elə məsələlər var ki o detallar haqqında məlumatın verilməsi bizi istəməyən qüvvələrin fəallaşmasına gətirib çıxara bilər. Artıq layihələrin icrasına başlanıb".

 

Şuranın layihə təqdimatı ilə etdiyi dəyişikliklərin düşünülmüş şəkildə tətbiq edildiyini deyən Azay Quliyev bildirib ki, QHT-lərdən qeydiyyatdan çıxarış dövlət reysterinin əldə olunması çox mühüm bir məsələ idi: "Elə QHT-lər var idi ki, onların sədrinin kim olduğu bilinmirdi. Legitim qurumu varmı, yoxmu, onun idarə heyyəti nə qədər səlahiyyətlidir və bu kimi sullar meydana çıxırdı ki, onlara aydınlıq gətirə bilmirdik. Bəzi təşkilatlar var idi ki,  QHT-yə məxsus möhürü təşkilatın bir üzvü gəzdirirdi, lakin iddalı şəxs kimi digəri çıxış edirdi. Bu halların qarşısının alınması üçün Şura bütün QHT-lərdən dövlət qeydiyyatından çıxarış təqdim etməyi qərarını qəbul edib ".

 

Bu il yerli QHT-lərin Şura tərəfindən dəstəklənmiş 474 layihəsinin maliyyələşdirilməsinə 3 414 632 manat vəsait ayrılıb.

 

Müəllif | Apa.Tv