Avtomobil ağaca, sonra hasara çırpıldı

Bərdə rayonunda iki yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, qəzalardan biri Bərdə şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, “Daewo” markalı minik maşını qarşıda dönmə əməliyyatı yetirən “Opel”lə toqquşub. “Opel”in sürücüsü İsmayılov Oqtay Rafiq oğlu xəsarət alaraq Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Digər yol qəzası isə rayonun Şirvanlı kəndində qeydə alınıb. Yaşayış məntəqəsində sürətlə hərəkət edən, “VAZ 21011” markalı avtomobilin idarə etməni itirərək yoldan cıxıb. Öncə yol kənarında ağaca və sonra isə  hasara çırpılan avtomobil tamamilə yararsız vəziyyətə düşüb. Qəza zamanı avtomobilin sürücü Ceyhun Qurbanov ağır bədən xəsarəti alıb. O, xəstəxananın Travmatologiya şöbəsinə yerləşdirilib.

 

Hər iki faktla bağlı Bərdə rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv