Əsəddən müxalifətə işbirliyi təklifi

Rəsmi Dəməşq ölkədə hökumətə qarşı dini mübarizə aparmayan müxalifətə islamçılara qarşı müttəfiqlik təklif edib. Bu bəyanatı Moskvada səfərdə olan ölkənin xarici işlər naziri Valid Mualləm verib. APA TV-nin xəbərinə görə, diplomat vurğulayıb ki, 2013-cü ilin iyununda Londonda keçirilmiş Böyük səkkizliyin sammitinin yekun nəticələrinə görə, birgə müzakirələrin nəticələri də bu planı təsdiqləyir: "Orada razılaşdırılmış məsələlərdə də sadə vətəndaşların zərər gördüyü, münaqişədə tərəflərin siyasi birləşmələrə getməsi tövsiyyə olunub. Keçən il Suriyadakı vətəndaş müharibəsində Suriyada müxalifətçi islamçı qrupların hakimiyyətə qarşı birləşməsi önə çəkilib. Lakin qiyamçıların və islamçıların mübarizə ideyaları biri-birindən fərqlənir. Birincilərin tələbi hakimiyyətin demokratik yolla dəyişilməsidirsə, ikincilərin məqsədi İraq və Suriya ərazində şəriət qanunları ilə idarə olunacaq təriqət dövləti yaratmaqdır".


Suriyanın İqlib, Hələb, və Rəqqa şəhərlərində qiyamçılar islamçılara qarşı döyüşür. Bu döyüşlərdə minlərlə insanın öldürüldüyü bildirilr. Suriyadakı münaqişələr 2011-ci ildən başlayıb və bu günə qədər 120 min adam həyatını itirib, milyonlarla insan isə ölkədən qaçqın düşüb. Bu ayın axırında Cenevrədə Suriya probleminə dair beynəlxalq konfrans keçiriləcək. Konfransda Suriya hakimiyyəti ilə radikal müxalifətin danışıqları da gözlənilir. Amma hər iki tərəfə qarşı mübarizə aparan qiyamçılar öz nümayəndələrini konfransa göndərib ya göndərmədiyi barədə hələ ki, qərar verməyiblər.
 

Müəllif | Apa.Tv