Bakının mərkəzində CƏBBƏXANA AŞKARLANDI

Yanvarın 17-də səhər saatlarında Bakının Binəqədi rayonunda zibil qutusunun içərisində xeyli sayda silah-sursat aşkarllanıb.

Fövqəladə Hallar Nazirliyindən APA TV-yə bildirilib ki, 112 Xidmətindən rayonun Ziya Bünyadov prospekti ilə Şəmsi Rəhimov küçəsinin kəsişməsində partlayıcı əşya olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən, Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloqları və pirotexniki işlər üzrə mütəxəssisləri hadisə yerinə çıxıblar.

Hadisə yerinə baxış keçirilərkən məlum olub ki, polis şöbəsinin sahə müvəkkili məişət tullantıları olan ərazidə küllü miqdarda silah-sursat aşkarlayıb.

Ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılması təmin edilib və adıçəkilən əraziyə kənar şəxslərin girişi məhdudlaşdırılaraq axtarış əməliyyatına başlanıb.

Aşkarlanan aşağıdakı silah-sursatın döyüş tətbiqinə yararlı ilduğu müəyyənləşib:

 - PQD-9  markalı tank əleyhinə qumbaraatan mərmisi                   1 ədəd

- Lülə-6  markalı qumbaraatanı                                                   1 ədəd

- RQD-5 markalı əl qumbarası                                                   37 ədəd

- F-1      markalı əl qumbarası                                                   56 ədəd

- əl qumbarasının UZRQM markalı alışdırıcısı                              103 ədəd

- BOQ-17 markalı əl qumbarası                                                 38  ədəd   

- 5,45 millimetr çaplı SVD markalı snayper silahı                           2  ədəd 

- 5,45  millimetr  çaplı  SVD  markalı  silahının  darağı                   1 ədəd

- 5,45  millimetr  çaplı  AKSU  markalı avtomat  silah                  15 ədəd

- 5,45  millimetr  çaplı  RPK  markalı  pulemyot  silah               1 ədəd

- 5,45  millimetr  çaplı AKA  markalı  avtomat  silah                 1 ədəd

- 5,45  millimetr  çaplı  AKS  markalı  avtomat  silah                6  ədəd

- 7,62  millimetr  çaplı  AKM  markalı  avtomat  silah               2  ədəd

- 7,62  millimetr  çaplı AK  markalı  avtomatın  patronu      23680 ədəd

- 5,45  millimetr  çaplı AK  markalı  avtomatın   patronu     6480  ədəd

- 5,6   millimetr  çaplı AK  markalı  avtomatın   patronu          26  ədəd

- AK  markalı  avtomat  silah  darağı                                        36  ədəd

- işıqlandırma  raketi                                                             5  ədəd

- tüstü  şaşkası                                                                      4  ədəd

- 16  kalibrli  tüfəng                                                              1  ədəd

- TOZ - 8  markalı       tüfəng                                                 1  ədəd

- ov  tüfənginin  qundağı                                                       13  ədəd

- ov  tüfənginin  lüləsi                                                           14  ədəd 

Müəllif | Apa.Tv