Ötən il ən çox korrupsiya faktı bu dövlət qurumlarında olub - SİYAHI

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi ötən il ən çox korrupsiya cinayəti faktı aşkarlanan dövlət qurumlarının adlarını açıqlayıb.

 

APA TV-nin xəbərinə görə, idarənin rəisi Kamran Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, bu dövrdə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə bütün sahələr üzrə şikayətlər daxil olub. Daxil olan şikayətlər əsasında əhalinin sosial müdafiəsi sahəsi üzrə 4 cinayət işi, təhsil sahəsində 14, yerli icra hakimiyyətləri ilə bağlı 6, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ilə bağlı 1, bələdiyyələrlə bağlı 9, səhiyyə sahəsi üzrə 14, mədəniyyət və turizm sahəsi üzrə 1, kənd təsərrüfatı sahəsi üzrə 2, Fövqəladə Hallar Nazirliyi ilə bağlı 4, ədliyyə sahəsində 2, prokurorluqla bağlı 1 cinayət işi istintaq edilərək baxılması üçün məhkəmələrə göndərilib.

 

Kamran  Əliyev deyib ki, respublikada korrupsiyaya qarşı mübarizə kampaniya xarakteri daşımır. Korrupsiyaya qarşı mübarizə sahəsində dövlət səviyyəsində ciddi işlər görülür. Hansı vəzifədə və harada işləməyindən asılı olmayaraq korrupsiya cinayəti törədən şəxslərə qarşı tədbirlər davam etdiriləcək.

Müəllif | Apa.Tv