“VAZ-2106” piyadanı vurub öldürdü

Cəlilabadda  piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə  şəhərin  Heydər Əliyev prospektində qeydə alınıb. Cəlilabad rayonunda məskunlaşmış Ağdam rayonundan olan məcburi köçkün Rəmyəddin Həsənov  idarə etdiyi “VAZ-2106” markalı  minik avtomobili ilə  hərəkətdə olarkən  yolu keçmək istəyən piyada,  Cəlilabad rayonunun Adtanabad kənd sakini  Miraslan Şərifovu vurub. Güclü zərbənin təsirindən piyada yoldan 10 metr kənara düşüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan  Miraslan Şərifov Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

 

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır

 

 

Müəllif | Apa.Tv