Rauf Arifoğlu: "... vəziyyətimiz çətindir"

"Qəzet satışı ilə bağlı vəziyyətimiz olduqca çətindir".

Bunu APATV-yə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu paytaxtda qəzet satışına qoyulan qadağaya münasibət bildirərkən deyib. Onun sözlərinə görə, gün ərzində pərakəndə satış məntəqələrinə 2500 nüxsə qəzet verilirdisə, hazırda bunun xeyli hissəsi dayanıb: "Biz artıq qəzetlərimizi satmağa yer tapa bilmirik. Son qadağalara görə, tirajımız 8 minə qədər idisə, ondan əvvəl 12 mindən yuxarı idi. İndi isə 7 min tiraj vermək məcburiyyətində qalmışıq. Bu da kritik bir məsələdir".

 

Rauf Arifoğlu deyir ki, qadağalarla bağlı artıq bir sıra qrumlara müraciət edib.

 

Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, sözügedən məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə məktub ünvanlanıb.

Məktubun artıq Bakı Şəhər İcra Hakimiyyətinə daxil olduğunu deyən İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov isə bildirib ki, məktuba başqa müstəvidə baxıla bilər. Eyni zamanda səyyar satış fəaliyyəti qadağan edilən sahibkarlara köməklik göstəriləcək.

 

Müəllif | Apa.Tv