Qaxda yaşayış evi yandı

Qax rayonunda fərdi yaşayış evində yanğın olub. Hadisə Qax şəhəri İmam Mustafayev küçəsində, İlyasov İzzət Tahir oğluna məxsus ümumi sahəsi 340 kv/m olan, ikimərtəbəli fərdi yaşayış evində qeydə alınıb.

 

APA TV-nin xəbərinə görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Nəticədə İzzət İlyasova məxsus evin 170 kvadratmetrlik çardaq hissəsindən 30 kv/m sahəsində yanar konstruksiyalar yanaraq yararsız hala düşüb. Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşlarının səyi nəticəsində evin qalan hissəsi yanğından mühafizə  edilib. Yanğın zamanı xəsarət alan olmayıb. Ev sahibi İzzət İlyasov ailəsi ilə birlikdə müvəqqəti Türkiyədə yaşayır. İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma olub. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Vüqar Heydərov