“Ən qısa hekayə”nin QALİBİ AÇIQLANDI

Kulis.az mədəniyyət dərgisinin keçirdiyi “Ən qısa hekayə” müsabiqəsinin qalibləri məlum olub. Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə elan edilib ki. Birinci yerin qalibi 39 səslə “Veteran” hekayəsinin müəllifi Vüsalə Məmmədovadır. İkinci yeri 31 səslə Cavid Zeynallı “Ata” hekayəsinə görə, üçüncü yeri 28 səslə Rüfət Əhmədzadə “Atdılar” hekayəsinə görə qazanıb. Tədbirdə “APA Holding”in prezidenti Vüsalə Mahirqızı, millət vəkili Aqil Abbas, yazıçı Afaq Məsud, Lent.az İnformasiya Agentliyinin baş direktoru Qabil Abbasoğlu və Kulis.az saytının baş redaktoru Qanturalı, əməkdaşları və başqaları iştirak ediblər.

 

Vüalə Mahirqızı bildirib ki, müsabiqə uğurla başa çatdırılıb. Müsabiqədən sonra Kulis.az internet dərgisinin istifadəçi sayı iki dəfə artıb ki, bu da müsabiqənin oxucular arasında böyük marağa səbəb olduğunu göstərir: "Gözlədiyimizdən çox böyük diqqət oldu. Təxminən 500-ə qədər hekayə təqdim olundu. Ən müxtəlif düşüncəli yazarlar, təbii ki, bunların böyük hissəsi gənclər idi. Bu, sevindirici haldır. Ölkənin bütün regionlarından yazılar daxil oldu. Biz də şərtimizə sadiq olaraq, saytımızda yerləşdirdik".

 

Qan Turalı isə deyib ki, Kulis.az-ın keçən il dekabr 13-də elan etdiyi “Ən qısa hekayə” müsabiqəsində ümumilikdə 472 hekayə çap olunub və iştirakçılar onlayn səsvermə ilə bəyəndikləri 3 hekayəyə səs veriblər.

 

APA TV-nin xəbərinə görə, Kulis.az müsabiqədə iştirak edən yazıçı Şərif Ağayara da xüsusi mükafat təqdim edib. Tədbirdə “Facebook” sosial şəbəkəsində keçirilən sorğunun qalibi Mehman Telmanoğlu 3114 səslə və hekayəsi müsabiqədən kənar çap olunan yazıçı Afaq Məsud Kulis.az-ın xüsusi mükafatı ilə təltif olunub.

 

Birinci yerin qalibi 300, ikinci yerin qalibi 200, üçüncü yerin qalibi 100 manat pul mükafatı ilə mükafatlandırılıb.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı