Texniki Universitetdə faciə: 40 YAŞLI KİŞİ ÖLDÜ

Azərbaycan Texniki Universitetində bədbəxt hadisə baş verib.

 

Hadisə universitetin ikinci korpusunda qeydə alınıb. Universitetdə təmir işləri aparan zaman binanın üçüncü mərtəbəsinin eyvanı uçub. Nəticədə orada təmir işləri aparan “AZİNFORT MMC” şirkətinin fəhləsi, 40 yaşlı Masallı rayon sakini Daşqın Vəliyev hadisə yerində dünyasını dəyişib. 38 yaşlı Oqtay Məmmədov isə ağır bədən xəsarətləri ilə 1 saylı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətin orta-ağır olduğu bildirilir. Texniki Universitetinin tərbiyəvi işlər üzrə prorektoru İsa Xəlilov deyib ki, üçüncü-dördüncü mərtəbələr arasında balkonun sökülməsi zamanı təhlükəsizlik qaydalarına riayət etməyiblər. Nəticədə belə bir hadisə baş verib.

 

APA TV-nin xəbərinə görə, dünyasını dəyişən Daşqın Vəliyevin 4 övladı var.

Bir ilə yaxındır, Texniki Universitetdə əsaslı təmir işləri aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı