"Nərgiz" Nəşriyyat Evində hansı yeniliklər olacaq?

"Nərgiz" Nəşriyyat Evi fəaliyyətini genişləndirəcək.

 

APA TV-nin xəbərinə görə, bunu "Nərgiz"  jurnalının baş redaktoru Ülviyyə Rəhmanova nəşriyyat evinin fəaliyyəti və gələcək layihələrinə həsr edilmiş təqdimatda bildirib. Onun sözlərinə görə, beş istiqaməti özündə birləşdirən jurnalda dəb, incəsənət, həyat tərzi, gözəllik və sağlamlıq, şəxsiyyətlər bölümlərindən ibarətdir. Baş redaktor deyib ki, jurnalı nəşr etməyə başlayanda onun bütün kateqoriyadan olan insanlar - gənclər, yaşlı nəsil üçün maraqlı olmasını qarşıya məqsəd qoyublar. Nəşrin "Şəxsiyyətlər" rubrikasında tanınmış insanlar, onların həyatı  barədə maraqlı yazlar dərc olunur. Ülviyyə Rəhmanova "Nərgiz" nəşriyyat evinin fəaliyyətini genişləndirdiyini vurğulayıb. Onun sözlərinə görə, artıq “www.buro247.az” saytı Azərbaycan dilində fəaliyyət göstərir və gələcəkdə ingilis və rus dillərində də yaradılacaq:: "Biz kiçik sorğu keçirdik və nəticələr göstərdi ki, gənclərin çoxu Salvador Dali, Jaklin Kennedi, Qreys Kelli kimi şəxsiyyətləri tanımırlar. Bunun əsas səbəbini müvafiq məlumatların Azərbaycan dilində olmamağında görürəm. İnanıram ki, "Nargis" jurnalı gələcəkdə Azərbaycan dilində də nəşr olunacaq".

Fevralın 23-də Tiflisdə "Nərgiz welcome to Georgia" adlı layihəsinin  təqdim olunacağını deyən baş redaktor bildirib ki, tədbirdə Azərbaycan və Gürcüstan modelyerlərinin birgə dəfiləsi keçiriləcək, jurnalın təqdimatı olacaq və sonradan jurnal bu ölkədə satılmağa başlanacaq. 

Müəllif | Apa.Tv