Azərbaycan “İqtisadi Azadlıq İndeksi - 2014” hesabatında irəliləyib

«The Heritage Foundation» təşkilatı dünya ölkələrində iqtisadi azadlıq səviyyəsini xarakterizə edən ənənəvi illik «İqtisadi Azadlıq İndeksi - 2014» hesabatını açıqlayıb.

 

APA TV-nin xəbərinə görə, hesabata əsasən, Azərbaycan iqtisadi azadlıq səviyyəsinə görə 178 ölkə arasında 81-ci yerdə qərarlaşıb. Azərbaycan 100 mümkün xaldan 61,3 xal toplamayıb. 186 ölkəsi arasında 81-ci yeri tutaraq iqtisadi cəhətdən orta azad ölkələr sırasına daxil olub. Ötən illə müqayisədə Azərbaycan 6 pillə irəliləyib, iqtisadi azadlıq indeksini 1,6 xal yaxşılaşdırıb. Buna səbəb kimi maliyyə idarəçiliyi və mülkiyyət hüququ məsələlərində irəliləyişlər əldə olunduğu göstərilir.
Hesabatda dövlət borcunun aşağı səviyyədə olduğu xüsusi vurğulanıb. Həmçinin, dövlət xərcləri, vergi, biznes, əmək, monetar, ticarət, investisiya, maliyyə azadlıqlarının vəziyyəti ilə bağlı olduqca pozitiv nəticələr nümayiş etdirildiyi qeyd olunur.
 

Budəfəki hesabata Honkonq (90,1 bal) başçılıq edir.


Hesabatda post-sovet ölkələri arasında ən yüksək göstərici Estoniyaya məxsusdur (11-ci yer). Gürcüstan 22-ci, Türkiyə 64-cü, İran 173-cü yerdə qərarlaşıb.

 

İqtisadi azadlıq sahəsində ən pis vəziyyət isə Şimali Koreya (1,0 bal, 178-ci yer), Kuba (28,7 bal, 177-ci yer) və Zimbabvedə (35,5 bal, 176-cı yer) müşahidə olunur.


 

Müəllif | Apa.Tv