Komitə sədrindən XARİCİ ÖLKƏLƏRDƏ DÖYÜŞƏN AZƏRBAYCANLILARLA BAĞLI REAKSİYA

"Azərbaycan gənclərinin hansısa xarici ölkəyə gedib dini müstəvidəki münaqişələrə qatılması xoşagəlməz haldır".

 

APA TV-nin xəbərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov müxtəlif ölkələrdəki müharibə ocaqlarına döyüşmək üçün gedən azərbaycanlılara müraciət edərək bildirib ki, gənclərimiz bütün enerjisini ancaq Azərbaycanın milli maraqları üçün xərcələməlidir: “Gənclərimizə torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərimiz nümunə olmalıdır, başqa çağırışlar yox. Gənclərimizin bütün enerjisi ancaq Azərbaycanın milli maraqlarına xidmət etməlidir, onlar məqsədləri bəlli olmayan, yad çağırışlar əsasında baş verən münaqişələrə qatılmamalıdır".

 

Komitə sədri qeyd edib ki, səbəbindən asılı olmayaraq, istənilən zərərli dini çağırışlar olarsa, komitə və hüquq-mühafizə orqanları bunun aradan qaldırılması üçün lazım olan bütün tədbirləri görəcək.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dini konfessiya rəhbərləri, dini icmaların sədrləri, ilahiyyatçılar və dindarların iştirakı ilə 20 Yanvar faciəsinin 24-cü ildönümü münasibətilə “20 Yanvar: Milli-mənəvi dəyərlərin zəfəri” adlı anım tədbir keçirilib.

 

Müəllif | Apa.Tv