Gəncədə ÖZÜNÜ ÖLDÜRMƏK İSTƏYƏN KİŞİ XİLAS EDİLİB

Gəncədə intihara cəhd olub. APA TV-nin məlumatına görə, hadisə şəhərin Ruzigar Qasımov küçəsində baş verib. Gəncə şəhər sakini, 51 yaşlı Ayaz Hüseynov yaşadığı evin yaxınlığında hündürlüyü 40 metr olan yüksəkgərginlikli elektrik dirəyinə çıxaraq, oradan özünü yerə atmaq istəyib. Dərhal hadisə yerinə FHN-nin Gəncə Regional Mərkəzinin xilasediciləri, Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları, Kəpəz rayon Polis İdarəsinin işçiləri və Təcili Tibbi Yardım avtomobilləri cəlb edilib. Təxminən 30 dəqiqə aparılan psixoloji danışıqlar nəticəsində Ayaz Hüseynovu fikrindən daşındırmaq mümkün olub və o, yerə düşüb.

 

Kəpəz rayon Polis İdarəsindən verilən məlumata görə Ayaz Hüseynov sərxoş olub və bundan əvvəldə bir neçə dəfə sərxoş vəziyyətdə elektrik dirəklərinə çıxıbmış.

 

Qeyd edək ki, Ayaz Hüseynovun 26 yaşlı oğlu Rüstəm Hüseynov da bu il yanvarın 1-də özünü yaşadığı binanın 3-cü mərtəbəsindən yerə ataraq xəsarət almışdı.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli