Misirdə cümə iğtişaşları
Misirdə artıq ənənə halını alan cümə iğtişaşlarında qan tökülüb. Səhiyyə Nazirliyi Qahirə və Fəyyum şəhərlərində keçirilən nümayişlərin hər birində bir nəfərin həlak olduğunu təsdiqləyib. Nazirlik 10 yaralının müalicə üçün dövlət xəstəxanalarına müraciət etdiyini də açıqlayıb.
APA TV-nin xəbərinə görə, Daxili İşlər Nazirliyinin yaydığı məlumatda isə deyilir ki, aksiyalardan 123 nəfər həbs edilib. Nazirlik Misir hakimiyyətinin terror təşkilatı elan etdiyi “Müsəlman qardaşları” hərəkatının üzvləri və dəstəkçilərini müxtəlif şəhərlərdə yollları bağlamaq, təkər yandırmaq, soyuq silah gəzdirmək və Molotov kokteyli atmaqda ittiham edib.
Müxalifət cəbhəsi isə ötən günkü qarşıdurmalarda daha çox adamın öldüyünü iddia edir. Müxalifətin zesablamalarına görə, təhlükəsizlik qüvvələrinin müdaxilə etdiyi aksiyalar zamanı Qahirənin müxtəlif bölgələrində 5, Fəyyum şəhərində isə 1 nəfər həyatını itirib.