20 yaşlı oğlan maşınla qəza törətdi

Binəqədi rayonu ərazisidə yol qəzası baş verib. Hadisə  Bakı-Quba yolunun Masazır qəsəbəsindən keçən hissəsində qeydə alınıb. 20 yaşlı Orxan Yusifov “Mercedes” markalı minik avtomobili ilə Sumqayıtdan “20 Yanvar” metrostansiyası istiqamətində hərəkətdə olarkən, qarşıdan gələn “Mitsubishi Pajero” markalı avtomobil onun yoluna çıxıb. İdarəetməni itirən sürücü maşını yol qoruyucusuna çırpıb. Nəticədə “Mercedes”  əzilib, sürücü isə yüngül bədən xəsarətləri alıb. Qəza şəraiti yaratdığı iddia edilən “Mitsubishi Pajero” avtomobili ərazidən uzaqlaşıb.

 

Hadisə yerinə gələn yol polisi əməkdaşları avtomobili cərimə meydançasına, sürücünü isə yaxınlıqdakı xəstəxanaya aparıb. APA TV-nin xəbərinə görə, faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv