Komitə sədri şikayətləri dinlədi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Gəncədə vətəndaşları qəbul edib. APA TV-nin xəbərinə görə, qəbulda Şəmkir, Naftalan, Qazax, Gədəbəy, Ağstafa, Tovuz, Samux, Daşkəsən, Göygöl, Kəlbəcər rayonlarından olan 50-dən artıq vətəndaş iştirak edib. Müraciətlər əsasən uşaqların xəstəlilikləri, mənzil problemi, alimentlərin verilməsi, müalicəyə göndərilmə ilə bağlı olub. Həmçinin münaqişəli ailələr və ev tikmək üçün torpaq sahəsi istəyənlərdə komitə sədrindən kömək istəmək üçün qəbulda iştirak edib. Şikayətlərin bəziləri yerindəcə həll edilib. Yerdə qalan müraciətlərin səbəbi araşdırılmaq üçün qeydiyyata alınıb.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli