Səyyar həkim briqadası Lənkəranda əllilərə xidmət göstərib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Protez Ortepedik Bərpa Mərkəzinin səyyar həkim briqadası əllilərə yerindəcə ortepedik xidmət göstərmək məqsədilə respublikanın cənub bölgəsinə ikigünlük səfər edib. APA TV-nin cənub bürosunun məlumatına görə, həkim briqadası tərəfindən Lənkəran şəhərindəki əlillərin regional bərpa mərkəzində Lənkəranla yanaşı, Astara və Lerik rayonlarından olan əllilərə müvafiq ortepedik xidmət göstərib.
Həkim briqadası Masallıda Cəlilabad, Masallı və Yardımlı rayonlarından ortopedik yardıma ehtiyacı olan əllilərə xidmət göstərəcək. Umumilkdə iki gün ərzində 176 əlilə tibbi xidmət göstərilməsi nəzərdə tutulub.