Nazirlər qəbul keçirdilər
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Salyanda vətəndaşaları qəbul edib. Qəbulda Salyan, Neftçala, Saatlı və Sabirabad rayonlarından olan vətəndaşlar iştirak edib. Nazir vətəndaşların müraciət və təkliflərini dinləyib. Müraciətlərin əksəriyyəti sahibkarlıq fəaliyyəti, güzəştli kreditlər və sosial məsələlərlə aid olub. Qəbul zamanı taxılçılıq, üzümçülük, pambıqçılıq, istixana təsərrüfatları, aqrar sektorun sənaye əsasları üzərində qurulmasna dair təkliflər verilib.
APA TV-nin xəbərinə, rabitə və informasiya texnologiyaları nazir Əli Abbasov isə Hacıqabulda vətəndaşları qəbul edib. Qəbulda Hacıqabul, Şirvan, Kürdəmir, Sabirabad və Saatlı rayonlarından olan vətəndaşlar iştirak edib. Qəbulda iştirak edən vətəndaşların əksəriyyəti nazirə işlə əlaqədar olaraq müraciətlər edib. Digər müraciətlər isə internet təminatı ilə əlaqədar olub. Qəbul eyni zamanda videokonfrans şəklində aparılıb. Digər məsələlərin həll olunması üçün isə göstərişlər verilib.