Bir həftədə 85 nəfər dəm qazından zəhərlənib

“Həftə ərzində dəm qazından zəhərlənmələrlə bağlı stansiyamıza 85 müraciət daxil olub”.

 

Bunu APA TV-yə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ işlər üzrə şöbəsinin baş həkimi Zemfira Vahidova məlumat verib. Onun sözlərinə görə, müraciətlər əsasında 61 nəfər xəstəxanaya yerləşdirilib, 24 nəfərə isə yerində tibbi yardım göstərilib. Baş həkim kəskin resperator və ürək-qan damar xəstəlikləri ilə bağlı həftə ərzində çağırışların sayının orta hesabla 1900-2000 arasında dəyişdiyini deyib.

 

Yanvar ayında baş verən avto-qəzalarla bağlı da məlumat verən Zemfira Vahidova bildirib ki, gün ərzində orta hesabla 6-7 avtoqəza baş verir. Yanvar ayı ərzində isə 71 yol nəqliyyat hadisəsi qeydə alınır. Nəticədə xəsarət alanlardan ümumilikdə 68 nəfəri xəstəxanaya çatdırılıb. 3 nəfərə yerində tibbi yardım göstərilib. Yol-nəqliyyat hadisələrindən 25-i piyadaların vurulması, 46 isə maşınların toqquşması və ya aşması ilə nəticələnən hadisədir.

 

 

Müəllif | Apa.Tv