1 GECƏDƏ 3 OĞURLUQ

Yardımlıda bir gecədə 3 oğurluq hadisəsi baş verib. Bu barədə APA TV-yə Yardımlı Rayon Polis Şöbəsindən məlumat verilib. Rayonun Arus kənd sakini Bəşir Mustafayevin aptekindən 80 manat nağd pul və aptekə məxsus möhürün naməlum şəxslər tərəfindən oğurlanıb.

  Oğrular rayon sakini Murad Bədirova məxsus ticarət köşkündən isə 315 manat nağd pul, 1 ədəd DVD, 1 ədəd mobil telefon, müxtəlif növ siqaret və şokoladları oğurlayıblar.   Rayon sakini Camal Adiyev isə ona məxsus ticarət köşkündən içərisində olan 3030 manat pul ilə birlikdə 1 ədəd seyfin, 600 manat nağd pulun, müxtəlif adda siqaretlərin, özünün və həyat yoldaşının adına olan təqaüd kartlarının, müxtəlif növ çayların naməlum şəxslər tərəfindən oğurlandığı ilə bağlı polisə məlumat verib.

Hər üç oğurluq faktı ilə əlaqədar Yardımlı Rayon Polis Şöbəsində cinayət işi açılıb. Oğruların isti izlərlə tapılıb istintaq orqanlarına təhvil verilməsi istiqamətində tədbirlər görülür.

 

Müəllif | Apa.Tv