Taksim meydanı yenə qarışdı

Türkiyənin İstanbul şəhərinin Taksim meydanında keçirilən “İnternetimə toxunma” nümayişi polis tərəfindən dağıdılıb.

 

APA TV-yə verilən xəbərə görə, meydana toplanan qrupa polis zirehli maşınla və su şırnağı ilə müdaxilə edib. Qrup Sıraselvilər prospektinə tərəf uzaqlaşdırılıb. Hadisə zamanı çox sayda insan həbs edilib.

 

Qeyd edək ki, “İnternetimə toxunma” nümayişləri Türkiyədə 2011-ci ildən keçirilir və internetdə senzuraya qarşı bir etiraz aksiyasıdır. Son zamanlarda Türkiyədə sosial şəbəkələrə girişə qeyri-rəsmi maneələrin tətbiq edilməsi barədə xəbərlər yayılmaqdadır ki, bu da etiraz aksiyalarını yenidən gündəmə gətirib.

Müəllif | Apa.Tv
Apa.tv