Misir yeni Konstitusiyaya "hə" dedi

Misir Ali Seçki Komissiyası keçirilən konstitusiya referendumunun rəsmi nəticələrini açıqlayıb. Nəticələrə  görə, xalqın 63,8 faizi konstitusiyaya “hə” deyib. Referendumda iştirak edənlər isə 32,9 faiz təşkil edib.

 

APA TV-yə verilən xəbərə görə, yeni konstitusiya 63,8 faiz səslə qəbul edilib. Misir Ali Seçki Komissiyası üzvlərindən Əbu Əl Matti mətbuat konfransında verdiyi açıqlamada, referendumla bağlı şikayətlərin də ciddi araşdırıldığını söyləyib.

Müəllif | Apa.Tv
Apa.tv