Gürcü, Ermənistana 1 ton narkotik keçirmək istədi

Yanvarın 17-də “Mehri” nəzarət-buraxılış məntəqəsində Ermənistan Gömrük Xidmətinin əməkdaşları yük avtomobilinə baxış həyata keçirərkən avtomaşının xüsusi düzəldilmiş gizlənc yerində 927 kiloqram narkotik vasitə olan heroin aşkarlayıblar. APA TV-nin “Georgia Online” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin açıqlamasında bildirilir. Açıqlamada qeyd olunan həcmdə heroinin aşkarlanması bölgədə ilk dəfədir ki təsadüf edildiyi vurğulanır. Məlumata görə, yük avtomobili İrandan Gürcüstana gedirmiş. Faktla bağlı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsində cinayət işi açılıb. Yük avtomobilinin sürücüsü Gürcüstan vətəndaşı, 1953-cü il təvəllüdlü Aftandil Martiaşvili saxlanılıb. 

Müəllif | Apa.Tv
Apa.tv