Cənub qütbü yenidən fəth edildi

Bristoldan olan 16 yaşlı britaniyalı Lyuis Klark Cənub qütbünü fəth edən ən gənc insan olub. Gənc səyyah 1100 kilometrdən çox yol gedərək xizəyini də belində daşıyıb. Amundsen-Skott bazasına gedən yolda havanın temperaturu -50 dərəcə, küləyin sürəti isə saatda 200 kilometr olub. Gənc britaniyalı həmin yolu 48 günə qət edib. Lyuis Klark yerinə yetirdiyi missiyanın çox ağır olduğunu etiraf edib. O Ginnesin rekordlar kitabına düşmək üçün müraciət edəcək.

 

Müəllif | Apa.Tv