Qarşıdakı iki günün hava proqnozu

Yanvarın 20-si və 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu, arabir az yağıntılı olacağı gözlənilir. Mülayim şimal şərq küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı enərək günorta saatlarında 5 dərəcəyədək isti müşahidə olunacaq. Lakin yanvarın 22-də artıq havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Mülayim cənub qərb küləyi əsəcək. Havanın temperaturu günorta saatlarında 5-8 dərəcə isti təşkil edəcək. Proqnozlar bürosunun direktor müavini Gülşad Məmmədova APA TV-yə bildirib ki,  bölgələrimizdə də yanvarın 20-si və  21-də havanın bəzi yerlərdə  yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu mərkəzi aran rayonlarında günorta saatlarında 5-10 dərəcə isti, dağlarda isə günorta saatlarında 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti müşahidə olunacaq. Yanvarın 22-də əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Yanvarın 20-si və 21-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişsiz olacaq.

Müəllif | Apa.Tv
Almaz Qasımova