Milyonlarla müxalifət tərəfdarı küçələrə çıxır

Yanvarın 19-da Kiyevin Maydanında ən böyük xalq yığıncağı baş tutacaq. Sayca 8-ci olan bu aksiyada insanlar Ali Radada onların etirazını məhdudlaşdıran yeni qəbul edilmiş qanunlara qarşı çıxacaqlar. ABŞ dövlət katibi Con Kerri artıq onlara öz dəstəyini ifadə edib. Müxalif siyasətçi Vitali Kliçko özünün bütün tərəfdarlarını həmin gün Maydana toplaşmağa çağırıb.  İctimai Birliklərin nümayəndələri də ölkə əhalisini Kiyevə gələrək xalq yığıncağını dəstəkləməyə və Ukrayna hökumətinə və prezidentinəə qarşı çıxmağa səsləyiblər. 

Müəllif | Apa.Tv