Paytaxtda dəhşət: Ana və 3 yaşlı körpə DƏM QAZINDAN BOĞULDULAR

Bakıda dəm qazı ailə faciəsinə səbəb olub. Hadisə rayonun Bünyadzadə küçəsi, ev 8, mənzil 19 ünvanında qeydə alınıb. APA TV-yə verilən xəbərə görə, həmin ünvanda yaşayan, 1967-ci il təvəllüdlü Dürdanə Malik qızı Səmədova və onun qızı, 2010-cu il təvəllüdlü Kübra İbrahim qızı Səmədova hamamda çimərkən dəm qazından boğularaq ölüblər.

 

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) də  məlumat yayıb. Məlumatda bildirilib ki, Nazirliyə Bakının Yasamal rayonunda mənzildə bağlı qapı arxasında iki nəfərin köməksiz vəziyyətdə qalması barədə xəbər daxil olub. 

 

Qurumun xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən evdə qalanların telefon zənglərinə və qapının döyülməsinə reaksiya vermədikləri bəlli olub. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzilin qapısını açıblar. Mənzilə baxış keçirilərkən evdə qalan iki nəfərin vanna otağında vəfat etdiyi müəyyən olunub.

 

Faktla bağlı Yasamal Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv