Beyləqanda tək yaşayan QADINLARIN QƏNİMİ YAXALANIB

Beyləqan rayonunun Dunyamalılar kəndində bir gündə 5 evdən oğurluq edilib. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, oğruların ilk qurbanı kənd sakini Sevil Nəcəfova olub. Onun mənzildən 94 manat pul, 3 əl çantası, və danışıq kartlıarı oğurlanıb. Sevil Nəcəfova oğurluğun bir qrup şəxs tərəfindən törədildiyini iddia edir. Onun sözlərinə görə, hadisədən az əvvəl cinayətkarlar elektrik naqilini kəsərək evin işıqlarını söndürüblər.

 

Kənd sakinlərinin dediklərinə görə, oğurluq edilən evlərin əksəriyyətində tənha qadınlar yaşayır.

 

Faktla bağlı Beyləqan rayon polis şöbəsində cinayət işi açılıb və axtarış tədbirlətrinə başlanıb. Rayon Polis Şöbəsindən bildirilib ki, artıq şübhəli şəxs qismində saxlanılan var. Bu, rayon sakini Bəxtiyar Muradovdur. Onun barəsində ətraflı məlumat verilməyib.

 

Müəllif | Apa.Tv