"Mercedes" iki "VAZ 2107" ilə toqquşdu, 3 YARALI

Cəlilabadda 3 nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol-nəqliyyat qəzası baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının Cəlilabad şəhərindən keçən hissəsində qeydə alınıb. Rayonun  Uzuntəpə kənd sakini  Famil Əlifağa oğlu Ağayev idarə etdiyi “VAZ-2107” makalı minik  avtomobili ilə hərəkətdə olarkən  idarəetməni itirərək əks istiqamətdən gələn həmyerlisi Zəkəriyyə Ağayevin idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub. Qəzadan sonra “VAZ-2107” Cəlilabad rayon sakini olan Vüsal Nağıyevin idarə etdiyi eyni markalı avtomobilə çırpılıb. Nəticədə hər 3  avtomobilə ciddi ziyan dəyib, eləcə də sürücüləri müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdıma aparılır.

 

Müəllif | Apa.Tv