"VAZ 2107" avtobusa çırpıldı

Tərtərdə minik maşını sərnişin daşıyan avtobusla toqquşub. Hadisə Tərtər rayonunun Sarıcalı kəndində baş verib. Şahidlərin sözlərinə görə, "VAZ 2107" markalı minik maşını yanacaqdoldurma məntəqəsinə dönərkən qarşından gələn avtobusu gözləməyib. Bu səbəbdən də qəza baş verib.

 

APA TV-nin xəbərinə görə, yararsız vəziyyətə düşən "VAZ 2107"-nin sürücüsü Mobil  Dadaşov agır bədən xəsarətləriylə Bərdə Mərkəzi Rayon Xəstəxanasının Tramatalogiya şöbəsinə yerləşdirilib. Xəstəxananın həkimi Nazim Səfərovun sözlərinə görə, yaralının vəziyyəti orta ağırdır. Avtobusun sürücüsü və sərnişinlər arasında xəsarət alan olmayıb. Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv