Qaxda 7 ton quru ot külə döndü

Qaxda yanğın hadisəsi baş verib. Fövqaladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA TV-yə verilən məlumata görə, hadisə rayonun Calayır kəndində, Xəlləyev Sənan Səyyad oğlunun yaşadığı evin həyətyani sahəsində tikilmiş, ümumi sahəsi 28 kv/m olan mal tövləsində olub. Hadisə yerinə FHN-nin Qax rayon DYMH-nin  texnikası və canlı qüvvəsi cəlb edilib. Baş vermiş yanğın nəticəsində mal tövləsi çardağına yığılmış 7 ton quru ot kütləsi ilə birlikdə və tövləyə bitişik tikilmiş, ümumi sahəsi 16 kv/m olan altıaçığın yanar konustrksiyaları yanaraq, yararsız hala düşüb. Yanğının genişlənərək yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınıb. Fakla bağlı FHN-nin Qax rayon DYMH-də araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Vüqar Heydərov