Binada partlayış: HAMİLƏ QADIN VƏ İKİ KÖRPƏSİ ÖLDÜ

Başqırdıstanın Yanaul rayonunda yaşayış evində baş verən güclü partlayış faciəyə səbəb olub. Hadisə nəticəsində 5 nəfər həyatını itirib. Onların arasında hamilə qadın və onun iki azyaşlı uşağı da var. APA TV-nin xəbərinə görə, partlayış nəticəsində 5 nəfər də xəsarət alıb. Hadisə gecə saatlarında baş verib. Ehtimallara görə, partlayışa binadakı mənzillərdən birində qaz balonunun partlaması səbəb olub. Partlayış baş verdikdən sonra 8 mənzil də yanıb. Xilasedicilər 125 mənzildən 250 nəfəri təxliyyə ediblər. Hazırda sakinlər müvəqqəti sığınacaq məntəqələrindədirlər. Partlayan binanın dağıntıları altında insanların qaldığı da ehtimal edilir. Onların arasında iki azyaşlı qızın olması dəqiqləşdirilib.


 

Müəllif | Apa.Tv
Apa.tv