14 yaşlı AZƏRBAYCANLININ SURİYADA ÖLDÜYÜ TƏSDİQLƏNDİ

Suriyada gedən döyüşlərdə 14 yaşlı Nəcəf Kərimov bu il yanvarın 10-da Bəşər Əsəd qüvvələri tərəfindən öldürülüb. Mücahidlər azərbaycanlının fotosunu da yayıblar. 


APA-nın əldə etdiyi məlumatda bildirilir ki, mücahidlər məlumatlarında N. Kərimovun "Allah yolunda şəhid olduğunu" yazıblar. 

 

Məlumatda həmçinin N. Kərimovun atası Namiq Kərimovun da hazırda Suriyada döyüşlərdə iştirak etdiyi bildirilib.

  

Bir müddət əvvəl Naxçıvan Muxtar Respublikasının Şərur rayonundan olan 1999-cu il təvəllüdlü Kərimov Nəcəf Namiq oğlunun Suriyadakı döyüşlərdə həlak olması barədə ilk xəbəri onun xalası nəvəsi Günel Babayeva yayıb. Onun sözlərinə görə, Namiq Kərimov 2013-cü ilin yay aylarında Suriyaya gedib. O, həyat yoldaşını və övladları 16 yaşlı İradə, 14 yaşlı Nəcəf, 10 yaşlı Sara və 5 yaşlı Fatiməni da özü ilə aparıb.

Müəllif | Apa.Tv
Apa.tv