Bayram Səfərov: "... biz Şuşada olaq"
"Danışıqların son mərhələsi odur ki, biz Şuşada olaq".
APA TV-nin xəbərinə görə, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" ictimai birliyinin sədri Bayram Səfərov hər zaman münaqişəsinin nizamlanması ilə bağlı danışıqların aparılmasının tərəfdarı olduğunu deyib: "Bütün hallarda istər Azərbaycan, istərsə də Ermənistan icmaları arasında danışıqlar olmalıdır. Aparılan danışıqlar da konkret nəticələr verməlidir. Hamınız şahidsiniz ki, prezident İlham Əliyev bütün yüksək tribunalardan hər zaman bəyan edib ki, Azərbaycan torpaqlarından heç bir halda bir qarış belə olsun, düşmənə verilə bilməz, ikinci Ermənistan respublikası yaradıla bilməz".
Qarabağdakı təbii sərvətlərin talan edilməsi ilə bağlı məsələyə münasibət bildirən Bayram Səfərov qeyd edib ki, nə Ermənistanın, nə də Qarabağda olan ermənilərin bu təbii sərvətləri istismar etməsi üçün maliyyə imkanları var.