Peterburqda AZƏRBAYCANLI GƏNC GÜLLƏLƏNİB
Peterburqda "Kurakina daça" restoranı yaxınlığında azərbaycanlı güllələnib. Hadisə yanvarın 18-də gecə saatlarında baş verib. Ertəsi gün 30 yaşlı işsiz azərbaycanlı qarnından güllə yarası almış vəziyyətdə xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağır olub. Travmatik silahdan açılan güllənin onun onurğasına dəydiyi və orada da qaldığı məlum olub.
Polis hadisənin baş verdiyi ərazidə təhqiqat aparır. APA TV-nin xəbərinə görə, faktla bağlı qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanılıb.
Yaralı şəxsin həmyerlisi ilə münaqişədə olduğu iddia edilir. Şahidlər cinayəti törədən şəxsin 45-48 yaşlarında açıq rəngli zolaqlı sviter və qara şalvar geyinmiş bir kişi olduğunu deyir. O, hadisə yerindən boz rəngli "VAZ2115" markalı avtomaşınla qaçıb.