Hərəkət dayandı, bayraq endirildi - ANIM

20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq, saat 12:00-da Azərbaycan ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb.


Nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verib.

 

20 Yanvar - Ümumxalq Matəm Günü münasibətilə Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrində və gəmilərdə dövlət bayraqları endirilib. 

 

Müəllif | Apa.Tv
Apa.tv